+994(77) 721-44-41
Plandankənar sayım

Plandankənar sayım

Plandankənar sayım (inventarizasiya)

Plandankənar sayım- bu, şirkətin rəhbər strukturlarının təşəbbüsü ilə və ya ümumi məcburi qaydada əvvəlcədən sayım aparılacaq məkanın maddi məsul şəxsinin xəbərdar etmədən,planlaşdırılmamış müddətdə aparılan əmtəə-maddi dəyərlərin yoxlanmasıdır.

Şirkətin rəhbərliyi bir neçə səbəbə görə plandankənar sayımın aparılmasını istəyə bilər:

    • Maddi məsuliyyət daşıyan şəxslərə etimadsızlıq və ya dəyişiklik.
    • Təbii fəlakət (yanğın v.s)
    • Oğurluq və sui-istifadə halları baş verdikdə vəya buna şübhə yarandıqda.
    • Audit yoxlamaları.

Əgər plandankənar sayım şirkət rəhbərliyinin təşəbbüsü ilə həyata keçirilirsə, əsas məqsəd əmtəə-maddi dəyərlərə nəzarət etməkdir.

Sayım aparılmasının dövrü və müddəti rəhbərlik tərəfindən müəyyənləşdirilir və plandankənar sayımın aparılması haqqında əmrdə təsdiqlənir.

Plandankənar sayımın aparılmasının məqsədləri aşağıdakılardır:

  • Saxlanma şərtlərinə nəzarət;
  • Istifadə olunmayan əmlakın aşkarlanması;
  • Məlumatları yoxlamaq və mövcud qalıqlarla müqayisə etmək.

Plandankənar sayım hər bir şirkətin məcburi prosedurudur, çünki bütün halları proqnozlaşdırmaq mümkün deyil. Istintaq orqanları və yüksək ranqlı şirkətlər də (məs:kredit almaq istədiyiniz banklar) plandan kənar sayımın aparılmasının təşəbbüskarları ola bilər.

Mağazanın qəfil sayımını apararkən malın yenidən sayılmasını sürətləndirmək üçün məlumat toplama terminallarından istifadə etmək məqsədəuyğundur. Mağazalarda inventarizasiyanı necə apardığımız və prosesin avtomatlaşdırılmasının üstünlükləri haqqında daha ətraflı digər xəbərlərimizdə oxuyun.

Paylaşın

Şərh