Ekspert Nəzarəti ilə Avropa Standartlarına Uyğun İnventarlaşma Xidməti

Şirkətiniz inventarlaşmanı öz işçiləri ilə aparmaq istəyir, lakin prosesin düzgün təşkili, idarə olunması və Avropa texnologiyasına uyğun metodlarla həyata keçirilməsi üçün peşəkar dəstəyə ehtiyac duyursa — SAYIM şirkətinin “Ekspertin nəzarəti altında inventarlaşma” xidməti sizin üçün ideal seçimdir.

Bu xidmət adətən inventarlaşmanı öz kadrları ilə aparan, lakin peşəkar nəzarət və metodoloji rəhbərlik tələb edən şirkətlər tərəfindən sifariş olunur. Xüsusilə bütçəsi məhdud inventarlaşma layihələri üçün çox uyğundur.


Niyə Ekspert Nəzarəti Lazımdır?

Bəzi müəssisələrdə malların üzərində barkod və ya markirovka olmur. Bu halda:

  • məhsulları yalnız daxili işçilər tanıyır,

  • kənar işçilərin məhsulu müəyyənləşdirməsi çətinləşir,

  • yanlışlıq və insan faktoru riski artır.

Məhz buna görə inventar prosesi müstəqil ekspertin nəzarətində aparıldıqda həm şəffaflıq, həm də dəqiqlik maksimuma çatdırılır.


Xidmətin Əsas Üstünlükləri

1. Avropa texnologiyalarına uyğun inventarlaşma

SAYIM mütəxəssisləri inventar prosesini xüsusi avadanlıq və inventar proqram təminatı ilə idarə edir. Bu:

  • prosesin sürətini artırır,

  • səhvləri minimuma endirir,

  • nəticələrin real vaxtda monitorinqinə imkan yaradır.


2. Müstəqil ekspert tərəfindən tam nəzarət

Ekspert aşağıdakı mərhələləri şəffaf şəkildə idarə edir:

  • işin təşkili

  • inventar metodologiyasının müəyyən edilməsi

  • sayım qruplarının yönləndirilməsi

  • məlumatların toplanması və yoxlanması

  • yekun analiz və tövsiyələrin verilməsi

Bu yanaşma daxili işçilərin prosesə təsir imkanını azaldır və nəticələrin obyektivliyini təmin edir.


3. Hiyləgərlik və fırıldaqçılıq riskinin azaldılması

Məlumatların doğruluğu SAYIM şirkətinin müstəqil ekspertləri tərəfindən qiymətləndirilir. Bu isə:

  • maddi məsul şəxslərin sui-istifadə ehtimalını,

  • daxili manipulyasiya riskini,

  • məlumat saxtalaşdırılmasını

minimuma endirir.


4. Vaxt və resurslara ciddi qənaət

Avropa texnologiyaları hesabına inventarlaşma ənənəvi metodlarla müqayisədə xeyli az vaxt aparır, işçi qüvvəsi isə daha səmərəli istifadə olunur.


SAYIM – Təcrübənin Verdiyi Etibar

Biz işini mükəmməl bilən və işini sevən peşəkar mütəxəssislərdən ibarət komandayıq.
SAYIM şirkəti olaraq:

  • inventar texnologiyalarını daima yeniləyir,

  • iş üsullarını təkmilləşdirir,

  • beynəlxalq standartlara uyğun metodologiya tətbiq edirik.

Məqsədimiz — şirkətinizə ən doğru, sürətli və tam şəffaf inventarlaşma nəticələri təqdim etməkdir.