Əsas Vəsaitlərin İnventarlaşması Xidməti
Şirkətimizin təqdim etdiyi əsas vəsaitlərin inventarlaşması xidməti müəssisənizə məxsus bütün aktivlərin dəqiq uçotunun aparılmasına, düzgün identifikasiyasına və faktiki vəziyyətinin müəyyən edilməsinə imkan yaradır. Xidmət çərçivəsində əsas vəsaitlərin etiketlənməsi, barkodlaşdırılması, elektron baza siyahısının hazırlanması və uçot məlumatları ilə qarşılaşdırma aparılır.
Əsas vəsaitlərin inventarlaşması müəssisədə mövcud olan:
-
əskik,
-
yerində olmayan,
-
düzgün adlandırılmayan və ya dəyəri səhv qiymətləndirilən,
-
mühasibat uçotunda qeydiyyata alınmayan aktivlərin
tam şəkildə aşkarlanmasını təmin edir.
Niyə əsas vəsaitlərin inventarlaşması vacibdir?
Əsas vəsaitlərin və azqiymətli aktivlərin inventarlaşması geniş resurs və vaxt tələb edən bir prosesdir. Xüsusilə çoxlu sayda aktivə və maddi-məsul şəxslərə malik müəssisələr üçün bu prosesin daxili işçilər tərəfindən həyata keçirilməsi əlavə yük və işin ləngiməsinə səbəb olur. Bu həm işçilərin əsas vəzifələrindən yayınmasına, həm də keyfiyyətin aşağı düşməsinə gətirib çıxara bilər.
Bu səbəbdən bir çox şirkətlər inventarlaşmanı peşəkar icraçıya — kənar audit və inventar firmalarına (outsourcing) həvalə edirlər.
İnventarlaşmanın Outsource Verilməsinin Üstünlükləri
-
İşçilərin diqqətinin yalnız əsas fəaliyyətə yönəldilməsi
-
İstehsal və xidmət prosesini dayandırmadan inventarlaşmanın aparılması
-
Müasir avadanlıq, skanerlər və inventar texnologiyasından istifadə
-
İşin ən qısa zamanda, dəqiqliklə icra olunması
-
Müstəqil və ixtisaslı inventar auditorlarının iştirakı
-
Uyğun və optimallaşdırılmış qiymət təklifləri
Xidmətin nəticəsində hazırlanan siyahı bütün əsas vəsaitlərin adını, kodunu, barkod/inventar nömrəsini, faktiki yerləşmə ünvanını, texniki göstəricilərini və məsul şəxsləri tam şəkildə əks etdirir. Bu məlumatlar mühasibat uçotu ilə müqayisə edilərək uyğunsuzluqlar aradan qaldırılır.
Əsas Vəsaitlərin İnventarlaşmasının Mərhələləri
-
İnventar obyektlərinin və həcminin müəyyən edilməsi
-
Aktivlərin elektron inventar bazasının yaradılması
-
Etiketləmə və barkodlaşdırma (inventar nömrələrinin verilməsi)
-
Faktiki yerləşmə və texniki parametrlərin təsdiqlənməsi
-
Maddi məsul şəxs məlumatlarının qeyd edilməsi
-
Aktivlərin xüsusiyyətlərinin ölçülməsi, foto çəkilişi
-
Mühasibat uçotu ilə tam qarşılaşdırma
-
Əskik, artıq, qeydiyyatsız və qarışıqlıq olan aktivlərin analizi
-
Gələcək inventar uçotu üçün tövsiyələrin hazırlanması
Niyə SAYIM şirkətini seçməlisiniz?
SAYIM komandası inventar sahəsində yüksək təcrübəyə malik, işini sevən və peşəkar mütəxəssislərdən ibarətdir. Biz daim iş proseslərimizi və texnoloji həllərimizi təkmilləşdirir, müştərilərimizə ən dəqiq, ən sürətli və ən etibarlı inventarlaşma xidməti təqdim edirik.
Əsas vəsaitlərin inventarlaşmasını SAYIM şirkətinə həvalə etməklə siz:
-
işçilərinizin vaxtına qənaət edir,
-
inventar prosesində yaranan əlavə narahatlıqlardan azad olur,
-
aktivlərinizin real mənzərəsini dəqiq şəkildə əldə edirsiniz.