Anbar Sayımı (İnventarlaşma)
Anbar sayımını bizə sifariş etmənin səbəbləri: Sayımda istifadə olunan xüsusi proqram təminatı, müasir avadanlıqlar, ixtisaslaşmış təcrübəli işçilər və 24/7 iş qrafiki sizə uyğun zamanda xidmət göstərməyə imkan verir.
Biznesinizlə məşğul olduğunuz halda maddi və maliyyə işlərində risklərin mövcudluğu hər bir sahibkar üçün aktual problemdir. İtkilərin qarşısını almağın effektiv üsullarından biri anbarlarda olan mal-materialların mütəmadi (periodik) olaraq sayılmasını təmin etməkdir.
Mühasibat uçotu haqqında 24 mart 1995-ci il tarixli Qanuna əsasən, fəaliyyət sahəsindən asılı olmayaraq hər bir müəssisə ən azı ildə bir dəfə inventarizasiya aparmağa məcburdur.
İnventarlaşmanın obyekti — müəssisənin mülkiyyətində olan, anbarlarda saxlanılan mal-materiallardır. Bunlara həm saxlanılmaq üçün verilmiş, həm kirayə götürülmüş, həm də satılmış, lakin göndərilməmiş mallar daxildir.
İnventarlaşmanın nəticəsi olaraq elektron və ya yazılı formada sayım zamanı aşkar edilmiş bütün mal-materialların siyahısı hazırlanır. Əldə olunan siyahı uçot qalıqları ilə müqayisə olunur və bununla faktiki olaraq əskik, artıq və qarışıqlıq (peresort) halları müəyyən edilir.
Anbar inventarlaşmasının növləri
1. Periodik sayım:
Müəyyən edilmiş müddətlərdə mal-material hərəkəti dayandırılaraq bütün anbarın tam sayılması.
2. Davamlı sayım:
Gündəlik və ya həftəlik olaraq mal-material hərəkəti dayandırılmadan müəyyən qrup malların sayılması.
3. Seçim üsulu ilə sayım:
Qarışıqlıq, əskilmə və ya uyğunsuzluq hiss edildikdə müəyyən qrup malların yoxlanılması.
İnventarlaşmaya hazırlıq və həyata keçirilmə ardıcıllığı
-
Görüləcək işlərin planlanması və sayımda iştirak edəcək işçilərin müəyyənləşdirilməsi
-
İnventarlaşma komissiyasının təyin edilməsi, metodologiya və xüsusiyyətlərin müəyyən olunması
-
Sayım gününün təyin edilməsi və mal-material hərəkətinin dayandırılması barədə əmr hazırlanması
-
Mühasibat uçotu sənədlərinin hazırlanması
-
Sayımdan əvvəl uçot qalıqlarının götürülməsi
-
Sayım qrupunun təlimatlandırılması
-
Mal-materialın faktiki sayılması
-
Faktiki sayla uçot göstəricilərinin müqayisəsi
-
Miqdar və yerləşmə məlumatlarının düzgünlüyünün yoxlanması, şübhəli hallarda təkrar sayım
-
Hazır nəticələrin mühasibatlığa təqdim edilməsi
Bizim üstünlüklərimiz
Biz işini sevən və işi peşəkarcasına bilən mütəxəssislərdən ibarət komanda yaratmışıq. Daim metodlarımızı və inventar texnologiyalarımızı təkmilləşdirir, müştərilərimizə ən düzgün və şəffaf nəticələri təqdim edirik.
İnventarlaşma prosesinin avtomatlaşdırılması sayəsində:
-
insan faktorunun təsiri minimuma endirilir,
-
sayım müddəti xeyli qısalır,
-
məlumatların dəqiqliyi artır.
Biz inventarlaşma zamanı xüsusi yazılmış proqram təminatından istifadə edirik. Bu proqram vasitəsilə sayımın istənilən mərhələsində malların sayı və yerləşməsi barədə dəqiq məlumat əldə etmək mümkündür.
Metodlarımızın və texnologiyamızın tətbiqi sayım prosesinin təhlükəsizliyinə, obyektivliyinə və məqsədəuyğunluğuna tam zəmanət verir.
Mal-material qalıqlarının müntəzəm sayılması itkilərin qarşısının alınması üçün ən effektiv üsullardan biridir.