Anbar sayımını bizə sifariş etmənin səbəbləri: Sayımda istifadə olunan xüsusi proqram təminatı,avadanlıqlar,ixtisaslaşmış təcrübəli işçilər və 24/7 iş qrafiki ilə sizə uyğun zaman.
Biznesinizlə məşğul olarkən maddi və maliyyə işləri eləcədə risklərin mövcudluğu hər bir sahibkar və firma ücün aktual problemdir.İtkilərin qarşısini alma metod və üsullarından biri mütəmadi (periodik) olaraq anbarlarda olan mal – materialın sayımını həyata keçirməkdir.
İstənilən halda , Mühasibat uçotu haqqında 24 mart 1995 – ci il № 998 Azərbaycan Respublikasının Qanununa əsasən fəaliyyət sahəsindən asılı olmayaraq hər bir müəssisə ən azı ildə bir dəfə inventarizasiya keçirmək məcburiyyətindədirÂ
İnventarlaşmanın obyekti Anbarlarda olan müəssisənin mülkiyyətində olan mal-materiallardır; bunlar saxlanılması üçün verimiş olanlar ola bilər, kirayə götürülənlər ola bilər və satılmış lakin hələ göndərilməmiş mal-materiallar ola bilər.
İnventarlaşmanın nətiçəsi olaraq elektron və ya yazılı formada sayım zamanı aşkar edilmiş bütün mal-material siyahısı hazırlanır. Əldə edilmiş siyahı uçot qalıqları ilə qarşılaşdırılır. Bu imkan veririki faktiki olaraq əksik, artıq və qarışıqlığı (peresort) görüb nəticə görülsün.
Anbar inventarlaşmasının növləri
- Periotik sayım:Â Müəyyən edilmiş müddətdən bir mal-material hərəkəti dayandırılaraq bütün anbar sayılır.
- Davamlı sayım:Â Gündəlik və ya həftəlik olaraq mal-material hərəkətini dayandırmadan hər hansı bir qrup mallar sayılır.
- Seçim üsulu ilə sayım:Â Hər hansı bir qarışıqlıq və ya əksilmə hiss olunduğu zaman müəyyən qrup mallar sayılır.
Â
Â
İnventarlaşmaya hazırlıq və həyata keçirilməsi işlərinin ümumi ardıcıllığı:
- Görüləcək işlərin planlanması və sayımda iştirak edecek işçilərin müəyyən olunması.
- İnventarlaşma komissiyasının üzvlərinin təyin olunması sayım metodologiyasının, texnologiyasının və xüsusiyyətlərinin müəyyən olunması.
- Sayım gününün təyin olunması və mal-material hərəkətinin dayandırılması əmrinin hazırlanması.
- Mühasibat uçot sənədlərinin hazırlanması.
- İnventarlaşmadan əvvəl uçot üzrə mal-material qalıqlarının götürülməsi.
- Sayım qrupu üzvlərinin təlimatlandırılması.
- Mal-materialın faktiki sayılması.
- Faktiki sayılan ədədlərlə uçot ədədlərinin qarşılaşdırılması.
- Mal-materialın miqdarı və yeri məlumatlarının düzgünlüyünün yoxlanması şübhə duyulan yerlərin təkrar baxışı və sayımı.
- Hazırlanmış nəticənin Mühasibatlığa təqdim edilməsi.
“Biz öz işini mükəmməl bilməklə yanaşı, həm də öz işini sevən bir real mütəxəssis-
lər qrupunu yığdıq. Biz işimizdə ən yaxşı olmaq üçün çalışırıq, belə ki biz daim iş üsulları və inventar texnologiyasını təkmilləşdiririk“
İnventarlaşma prosesinin avtomatlaşdırılması sayəsində sayım prosesi və nəticəsinə insan faktoru təsirin aradan qaldırmaqla yanaşı sayım müddətini də minimuma endirmək mümkündür.
Â
Biz profesional tərəfsiz sayım şirkəti olaraq öz işimizdə xüsusi yazılmış proqramlardan istifadə edirik. Bu imkan veririki sayılan malların həm sayı həm yeri barədə sayım prosesinin istənilən mərhələsində məlumat ala biləsiniz.
İstifadə olunan metodlarımız və texnologiyamız sizin sayımlarınızı bizə etibar etmənizin təhlükəsizliyinə və məqsədə uyğun olduğuna zəmanət verir.
“Mal-material qalıqlarının müntəzəm olaraq sayılıb yoxlanması bəlkə də mal-material itkilərinin qarşısının alınmağının yeganə effektiv metodudurâ€