+994(77) 721-44-41

Əsas vəsaitlərin inventarlaşmasına daxildir:

  • Əsas vəsaitlərin etiketlənməsi , barkodlanması.
  • Elektron baza siyahının hazırlanması.

 

Əsas vəsaitlərin inventarlaşması imkan verir ki, əksik olan, yerində olmayan düzgün adlandirilmayan və qiymətləndirilməyən və eləcə də mühasibat uçotunda qeydiyyata alınmayan vəsaitlər müəyyən edilsin.

Əsas vəsaitlərin və azqiymətli vəsaitlərin inventarlaşmasının aparılması proseduru böyük əmək tələb edir ki, bu da çox sayda aktivi , inventar obyekti və maddi məsuliyyətli şəxslər olan bir şirkət üçün böyük problem ola bilər. Hər halda , firmanın həcmindən və sabit aktivlərin məbləğindən asılı olmayacaq əsas vəsaitlərin inventarlaşmasının təşkili və aparılması prosesi peşakarlıq və diqqətli yanaşma tələb edir.


 

Əsas vəsaitlərin inventarlaşmasının firmanın daxili işçilərinin hesabına aparılması əlavə lazımsız narahatçılığa səbəb olur və işçiləri əsas vəzifələrindən yayındırır.

Əsas vəsaitlərin inventarlaşmasının kənar şirkətə (outsource) verilməsinin üstünlükləri:

  • Şirkətin işçilərinin diqqəti yalnız əsas  fəaliyyətə yönəltmək.
  • Əsas vəaliyyəti dayandırmadan əlverişli zamanda inventarlaşmanı apara bilmək.
  • Müasir avadanlıq və texnologiyanın istifadəsi.
  • İşin ən qısa zamanda görülməsi.
  • Müstəqil və ixtisaslı auditorlar.
  • Münasib qiymət.

 


 

Bu xidmətin nəticəsində siyahı düzəldilir, hansı ki, bütün əsas vəsaitlərin adını, kodunu və saxlanıldığı yer barədə məlumatı özündə əks etdirir. Sonda alınan bu siyahı mühasibat uçotu məlumatları ilə qarşılaşdırılır. Bu çatışmamazlıqları, qarışıqlığı aradan qaldırmağa imkan verir.

Əsas vəsaitlərin inventarlaşmasının keçirilməsinin mərhələləri:

  1. İnventarlaşma obyektlərinin müəyyən edilməsi.
  2. Əmlakın elektron bazasının tərtib edilməsi.
  3. Barkodlaşdırma, inventar nömrələrinin təyin edilməsi.
  4. Audit zamanı vəsaitin yerləşməsi məlumatının təsdiqlənməsi.
  5. Maddi məsul şəxslər haqqında məlumatların daxil edilməsi.
  6. Parametr və xüsusiyyətlərin götürülməsi, şəkillərin çəkilməsi.
  7. Mühasibat uçotu məlumatları ilə qarşılaşdırma aparılması.
  8. Əksik olan, qeydiyyata alınmayan və qarışıqlıq olan əsas vəsaitlərin analizi.
  9. İnventar uçotunun gələcəkdə aparılması üçün tövsiyyələrin verilməsi.

Biz öz işini mükəmməl bilməklə yanaşı, həm də öz işini sevən real mütəxəssislər qrupunu yığdıq. Biz işimizdə ən yaxşı olmaq üçün çalışırıq, belə ki biz daim iş üsulları və inventar texnologiyasını təkmilləşdiririk

Əsas vəsaitlərin inventarlaşmasını “SAYIM” firmasına sifariş etməklə siz öz işçilərinizin vaxtına qənaət etmiş olursunuz, eləcədə firmanızı və özünüzü bu proseslə əlaqəli əlavə narahatlıqdan qurtarırsınız.